...

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA TİKİNTİ-BƏRPA İŞLƏRİNƏ $68 MİLYONA YAXIN VƏSAİT XƏRCLƏNİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 17:20 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) tikinti-bərpa işlərinə 311,9 milyard manat ($68 milyona yaxın)vəsait xərclənib ki, bu da investisiyaların ümumi həcminin 84,7% -ni təşkil edir. NMR-nın Bakıdakı daimi nümayəndəliyindən Trend ə verilən məlumata görə, son illər ərzində respublikanın təkcə Şərur rayonunda 4282 şagird üçün 14 məktəb binası tikilib.

Nümayəndəlikdən həmçinin bildiriblər ki, bu dövr ərzində 3416 şagirdin təhsil aldığı 5 məktəb binası təmir olunub.

"Növbəti tədris ilində 4 yeni məktəb binası istifadəyə veriləcək" - deyə nümayəndəlikdən qeyd ediblər. Bu günlərdə Şərur rayonunun Həsənli kəndində yeni məktəb binasının açılışı olub.

Bununla yanaşı, analoji işlər, həmçinin, 4 və 2 adamlıq istirahət otaqlarının tikildiyi fizioterapiya xəstəxanasında da aparılır.

Bundan əlavə, tikinti materiallarına olan tələbatı ödəmək üçün Babək rayonunda kərpic istehsalı üzrə zavod tikilib ki, müəssisə hər il 25 min ədəd kərpic istehsal edəcək.

"Tikinti-bərpa işləri NMR-nın digər rayonlarında da 2005-ci ilin sonuna kimi davam etdiriləcək" - deyə nümayəndəlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti