...

HESABLAMA PALATASI 2006-CI İLİN DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİLƏ BAĞLI ÖZ TƏKLİFİNİ PARLAMENTƏ TƏKLİF EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 17:30 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası 2006-cı il üzrə dövlət büdcəsi layihəsinin ekspertizasını həyata keçirib. Bu barədə Trend ə Hesablama Palatasından (HP) məlumat verilib. Öu günlərdə Pmalatanın növbəti kollegiyasında "Bülcə sistemi barədə" qanuna müvafiq olaraq hazırlanan rəy müzakirə olunub və kollegiya üzvləri tərəfindən təsdiq edilib.

"Rəy artıq ölkə parlamentinə təqdim olunub" - deyə dövlət strukturundan bildiriblər. HP-dan həmçinin onu da bildiriblər ki, yuxarıda göstərilən sənədin son təqdim olunma müddəti oktyabrın 15-dir.

Bununlu yanaşı, həmçinin, 2006-cı il üzrə Dövlət sosial müdafiə Fondunun büdcəsinin qanun layihəsi də müzakirə olunub və bu istiqamətdə rəy hazırlanıb.

Sənəd müvafiq instansiyalara təqdim olunub.

Sentyabrın 23-də Azərbaycan hökuməti 2006-cı il üzrə büdcə layihəsini qəbul edib.

Büdcə aşağıdakı parametrlərlə qəbul edilir:

- mədaxil - 3 408 315,3 min. Denominasiya olunmuş manat (5000 manat = 1 yeni Azərbaycan manatına - 5000 AZM=1 AYM). Bu zaman mərkəzləşdirilmiş mədaxillərin payına 3 189 200 AYM, yerli paya - 219 155,3 AYM düşür.

- məxariclər - 3 566 315,3 min denominasiya olunmuş manat. Bu zaman mərkəzləşdirilmiş məxariclərin payına 2 992 115,8 AYM, yerli paya -574 199,5 AYM düşür.

- büdcə kəsiri -158 milyon AYM-dır.

Xəbər lenti

Xəbər lenti