...

DÖVRİYYƏDƏ 3,28 TRİLYON MANAT MƏBLƏĞİNDƏ MİLLİ VALYUTA ƏSKİNASLARI VƏ SİKKƏLƏR VAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 17:57 (UTC +04:00)

Cari ilin 9 ayı ərzində Azərbaycan Milli Bankının bölüşdürülməmiş gəliri 75,993 milyard manat təşkil edib. Milli Bankdan Trend ə verilən məlumata görə, Milli Bankın kapital ehtiyatları 430, 773 milyard manat, Nizamnamə kapitalı 50 milyard manat təşkil edir. Beləliklə, AMB-nın ümumi kapitalı 556,766 milyard manata bərabərdir.

Sentyabrın 30-da olan vəziyyətə görə Milli Bankın aktivləri 7 814,242 milyard manata bərabər olub ki, ondan nəqd pul borclarının payına 1 194,417 milyard manat, Beynəlxalq Valyuta Fondunun əlavələri 1 194,417 milyard manat, qiymətli kağız investisiyaları 770,538 milyard manat, qeyri-rezident bankların vəsaitləri 4 906,599 milyard manat, kredit təşkilatlarına tələbnamələr 351,68 milyard manat, əlavə edilmiş faiz gəlirləri 41,147 milyard manat, əsas vəsait 75,716 milyard manat, qeyri-maddi aktivlər 18,983 milyard manat, digər aktivlər 338,983 milyard manatdır.

Azərbaycan Milli Bankının strukturunda dövriyyədə olan banknot və sikkələr 3 278,984 milyard manatdır. Dövlət strukturları qarşısında öhdəliklər 961,459 milyard manat, kredit təşkilatları qarşısında öhdəliklər 835,211 milyard manat, digər hesablar 2,354 milyard manat, buraxılmış (satılmış) qiymətli kağızlar169,446 milyard manat, BVF qarşısında öhdəliklər 1 972,946 milyard manat, digər maliyyə institutları qarşısında öhdəliklər 29,623milyard manat, əlavə edilmiş faiz gəlirləri 3,175 milyard manat, digər öhdəliklər 4,267 milyard manatdır.

Xəbər lenti

Xəbər lenti