...

ÜDM-DA ÖZƏL SEKTORUN PAYI 79,5% TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 18:11 (UTC +04:00)

2005-ci ilin yekunları üzrə ÜDM-da özəl sektorun payı 79,5%-ə qədər artıb. Trend in məlumatına görə, bu barədə maliyyə naziri Əvəz Ələkbərov bəyan edib. Onun sözlərinə görə, əhalinin hər nəfərinə görə bu göstərici $1896 təşkil edir.

Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,3 dəfə artıb və $17,3 milyard təşkil edib. O cümlədən, dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 19,2 dəfə artıb.

2002-ci illə müqayisədə dövlət büdcəsinin mədaxili və məxarici 3,8 dəfə, elmi xərclər 3 dəfə, müdafiə xərcləri 4,5 dəfə, təhsil xərcləri 2,5 dəfə, səhiyyə xərcləri 3,4 dəfə, sosial müdafiə üzrə 2,1 dəfə, mədəniyyət üzrə 3 dəfə, mənzil-komunnal xərcləri 3,1 dəfə, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq üzrə 2,9 dəfə, nəqliyyat və rabitə xərcləri 2,4 dəfə artıb.

Respublikada orta aylıq əmək haqqı 63,1 yeni dominasiya olunmuş manatla 156,1 manata qədər, artım göstəricisi 2,5 dəfə, büdcə işçiləriin əmək haqqı 3 dəfə artıb.

Onun sözlərinə görə, ölkədə minimum əmək haqqə son 3 il ərzində 27 dəfədən artıq çoxalıb. Əhalinin hər nəfərinə görə büdcə xərcləri 4 dəfə və $117 -dən $469-dək, təhsil xərcləri $62,7-ə qədər, səhiyyə $19,8-dək, sosial müdafiə $40,1-dək, müdafiə $72,2-dək, mədəniyyət $8,3-dək, dövlət investisiyaları üzrə xərclər $80,3-dək artıb.

O həmçinin qeyd edib ki, hazırda xəzinədarlıq avtomatlaşdırılmış sistemlərinin sonuncu mərhələsinin yekun işləri başa çatmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti