...

STANDARD INSURANCE SIĞORTA ŞİRKƏTİNİN NİZAMNAMƏ KAPİTALI 20 MİLYARD MANATA QƏDƏR ARTACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2005 16:08 (UTC +04:00)

Standard Insurance sığorta şirkəti kapitalını artırmaq planları barədə elan edib. Şirkətin idarə heyətinin sədri Kamal İbrahimovun Trend ə bildirdiyi kimi, 2005-ci ilin sonu 2006-cı ilin əvvəllərində kapital iki dəfə artacaq.

Beləliklə, kapitalın 10 mlrd manatdan 20 mlrd manata qədər artırılacağı planlaşdırılır.

"Kapital həm bölüşlüdürlməmiş gəlir, həm də fəaliyyət göstərən səhmdarların hesabına artırılacaq", - deyə idarə heyətinin sədri qeyd edib.

Onun sözlərinə görə, 9 ayın yekunlarına görə Standard Insurance artıq 26 mlrd sığorta pulu toplayıb. "Göstəricilər keçən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur", - deyə K.İbrahimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti