...

İLİN SONUNADƏK BMK AZƏRBAYCANIN 5 BANKININ MALİYYƏLƏŞDİRİLMƏSİNİ TƏQDİR EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2005 17:32 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyası (BMK - Dünya bankı qrupunun üzvü) Azərbaycanın özəl banklarına kredit xətlərinin açılması üzrə növbəti layihəni gerçəkləşdirməyi planlaşdırır. BMK-nın Azərbaycandakı nümayəndəsi Aliyə Nuriyeva Trend ə bildirib ki, 2005-ci ilin sonunadək BMK Azərigazbank,Rabitəbank və digər banklar üçün maliyyələşdirmə məsələsinə baxacaq.

Layihədə kiçik və orta sahibkarlığın inkişafı, lizinq, ola bilsin ki, ticarət maliyyələşdirilməsi də daxil olmaqla cəmi 5 bankın iştirakı nəzərdən keçiriləcək. Hazırda BMK-nın belə layihələri gerçəkləşdirmək təcrübəsi yalnız Azərigazbank və Rabitəbank ilə olacaq. 1997-2002-ci illərdə bunlar ilk $800 min kredititi mənimsəyib. BMK-nin ikinci kredit xəttini verməsinə dair saziş 2003-cü il mayın 8-də Beynəlxalq investisiya konfransı zamanı imzalanıb.Sazişə əsasən, Azərigazbank və Rabitəbank $1,2 mln.alıb. Kredit 6 il müddətinə 2 illik güzəştlə LIBOR+4,25% illik dərəcə ilə verilib və 2004-cü ilin payızın sonunadək mənimsənilib.

Xəbər lenti

Xəbər lenti