...

AVSTRİYANIN İŞ ADAMLARI BAKIYA GƏLƏCƏKLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 11:40 (UTC +04:00)

Oktyabrın 17-18-də Avstriyanın iş adamlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olacaq. Bu barədə Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun prezidenti Emil Məcidov Trend xəbər agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Avstriya hökumətinin iqtisadi məsələlər üzrə xüsusi müşaviri Frans Çerkin başçılıq edəcəyi nümayəndə heyətinə 8 şirkətin təmsilçiləri daxil olacaq. Səfər müddətində Bakı Biznes Mərkəzində hər 2 ölkənin iş adamlarının görüşü təşkil olunacaq. Görüşdə Azərbaycan tərəfdən 30-a yaxın iş adamı iştirak edəcək.

Qeyd edək ki, bu səfər Avstriyanın Moskvadakı səfirliyi və Azərbaycanın İqtisadi İnkişaf Hazirliyinin dəstəyilə həyata keçirilir.

Xatırladaq ki, 2004-cü ilin sonlarında Bakıda hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçirilmişdir. Hazırda Azərbaycandan Avstriyaya əsasən neft məhsulları ixrac olunur. İdxalda isə avadanlıqlar və geyim məhsulları üstünlük təşkil edir.

Xəbər lenti

Xəbər lenti