...

2005-Cİ İLDƏ 16 MİN YENİ İŞ YERİ AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 12:30 (UTC +04:00)

2003-2005-ci illərdə yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramının sahibkarlığın büdcə tərəfindən maliyyələşməsi hesabına həyata keçirildiyi dövrdə layihələrin reallaşması nəticəsində 33 min yeni iş yeri açılıb. İqtisadi İnkişaf Nazirliyindən Trend ə verilən məlumata görə, bü müddət ərzində Sahibkarlığa Dəstək Milli Fondu tərəfindən sahibkarlığın maliyyələşməsi üçün dövlət büdcəsindən 350 mlrd manat ayrılıb.

Beləliklə, 2003-cü ildə 50 mlrd manat, 2004-cü ildə isə 100 mlrd manat ayrılıb.

2005-ci ildə büdcə vəsaitləri hesabına SDMF-in məqsədləri üçün 200 mlrd manat ayrılıb. Onun 15 mlrd manatı Naxçıvan MR-də sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Bu vəsait artıq 2000-dən çox layihənin həyata keçirilməsinə sərf olunub. Nəticədə 2005-ci ildə 16 min yeni iş yeri açılıb.

Xəbər lenti

Xəbər lenti