...

AZƏRBAYCANIN MİLLİ BANKI İKİ HƏRRAC KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 13:04 (UTC +04:00)

Azərbaycanın Milli Bankı qısamüddətli notların buraxılışının Bakı Fond Birjası (BFB) vasitəsilə ilkin və təkrar yerləşdirilməsi üzrə iki hərrac keçirib. BFB-dan Trend ə bildiriblər ki, hər iki hərracın predmeti kimi 50100311S qeydiyyat nömrəli eyni emissiyadan olan notlar çıxış edib.

Hərracda iştirak edən 6 investor hərraca 37 074 milyon manat məbləğində ərizə verib. Ərizələr 99% qiymət diapozonunda paylanılıb.

Azərbaycanın Milli Bankının qərarına görəkəsmə qiymətlər 99,06% (12,2%), orta qiymət 99,06%-ə (12,2%) bərabər olub.

Hərracın gedişində 15 095 milyon manatlıq nominal üzrə notlar yerləşdirilib ki, onlardan da 7 969 milyon manatını rəqabət qabiliyyəti olmayan ərizələr təşkil edir.

Xəbər lenti

Xəbər lenti