...

YÜKDAŞIMALARININ TARİFLƏRİ 0,8% AZALIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 13:56 (UTC +04:00)

Nəqliyyat sektorunda yükdaşımalarının tarifləri 0,8% azalıb. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, avqustda ondan qabaqkı ayla müqayisədə dəniz nəqliyyatında yükdaşımaları üzrə tariflər 1,3%, avtomobildə 1,1%, dəmiryolunda 0,8%, hava nəqliyyatında 0,6%, boru kəmərlərində 1,2% azalıb.

Respublika daxilində dəmiryolu nəqliyyatında daşınmalar 2,1%, xarici mallar 1,7%, tranzit daşınmalar 0,9%, respublikadan daşınan malların tarifləri 0,7% artıb.

Hesabat dövründə ölkədən dəniz nəqliyyatı vasitəsilə uzaq xaricə və MDB-yə və ya əksinə daşınmalar 1,3% bahalaşıb.

Hava nəqliyyatı bölməsində uzaq xaricə daşınmalar üzrə tarif 0,6%, MDB ölkələrinə isə 0,8% azalıb.

Boru kəmərləri nəqliyyatında neftin nəqlinin tariflərinin 2,5% artması ilə əlaqədar tariflər 1,1% fartıb.

Avtomobil nəqliyyatı bölməsində tariflərin 1,1% aşağı düşməsinə səbəb nəqliyyatın bu növündə yük daşınmalarını tariflərinin bir saatlıq tariflərinin 3,3% aşağı düşməsi səbəb olub.

Xəbər lenti

Xəbər lenti