...

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU MƏDAXİL VƏ MƏXARİCLƏRİNİ PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 14:16 (UTC +04:00)

2006-cı Dövlət Sosial Müdafiə Fondu (DSMF) 567 600 000 manat (yeni denominasiya olunmuş manatla) məbləğində gəlir əldə etməyi planlaşdırır. Trend in məlumatına görə, DSMF-nun məxaric hissəsi də eyni məbləği təşkil edir.

Bu zaman məcburi sosial sığortadan daxilolmalar 400 100 000 manat, digər gəlirlər 500 000 manat, Dövlət büdcəsindən daxilolmalar (transfert) - 167 000 manat olmalıdır.

Məxariclər strukturunda əhaliyə ödənmələr 534 520 000 manat təşkil edəcək, pensiyaların və maddi yardımların ödənməsi üzrə bank xidmətlərinin payına 6 800 000 manat, sağlamlaşdırma tədbirləri həyata keçirmək, sığorta edilənlərin kurort-sanatoriya müalicəsi üçün Azərbaycan Həmkarlar Konfederasiyası vasitəsilə maliyyələşdirilən məxariclər 5 900 000 manat, məşğulluq üzrə tədbirlərin həyata keçirilməsi üzrə, məşğulluq orqanlarının saxlanması 4 052 000 manat, miqrasiya idarələrinin sazlanması üçün 60 000 manat, əhalini sosial müdafiə orqanlarının və əhalinin sosial müdafiəsi üzrə tədbirlərin reallaşdırılması üçün 7 780 000 manat, DSMF-nın mərkəzi aparatının və onun yerli orqanlarının saxlanması üçün 7 254 000 manat, Naxçıvanda Fondun inzibati binasının tikilməsi üçün 300 000 manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənməsi 34 000 manat təşkil edir.

Hazırda DSMF-nun 2006-cı il üzrə büdcə layihəsinə Azərbaycan Milli Məclisində baxılır.

Xəbər lenti

Xəbər lenti