...

MAĞAZALARDA AÇILAN VALYUTADƏYİŞMƏ MƏNTƏQƏLƏRİ LƏĞV EDİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 16:06 (UTC +04:00)

"Mağazalarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri ləğv ediləcək". Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov bununla bağlı Milli Bank tərəfindən qərar qəbul edildiyini də qeyd edib: "Valyutadəyişmə məntəqələri beynəlxalq standartlara cavab verməlidir. Ancaq bizdə bu belə deyil. Bir çox mağazada açılan valyutadəyişmə məntəqələri bu standartlara cavab verilmədiyi üçün onların fəaliyyətinə icazə verilməyəcək".

Milli Bankın rəhbəri onu da bildirib ki, yalnız mühafizəsi güclü olan, texniki avadanlıqla təchiz edilən valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə veriləcək: "Valyutadəyişmə məntəqələri qarşısında asılan lövhələrin beynəlxalq standartlara uyğun gəlib gəlmədiyinə belə diqqət yetiriləcək".

E.Rüstəmov valyutadəyişmə məntəqələrinin paytaxtın xüsusi yerlərində fəaliyyət göstərmələrinin vacibliyini də vurğulayıb.

Xəbər lenti

Xəbər lenti