...

AZƏRBAYCAN AVROPA BİRLİYİ ÖLKƏLƏRİNDƏ AUDİTİN İNKİŞAFI TƏCRÜBƏSİ İLƏ TANIŞ OLUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 16:37 (UTC +04:00)

Azərbaycanın nümayəndə heyəti Vilnüsdə MDB ölkələrində auditin inkişafı məsələlərinə dair beynəlxalq konfransda iştirak edib. Azərbaycanın Auditorlar Palatasından Trend ə verilən məlumata görə, "Mühasibat uçotu və audit sistemlərinin Avropa Birliyinə inteqrasiyası: yeni funksiyalar və imkanlar" mövzusuna həsr olunmuş konfransda Palatanın sədri Vahid Novruzovun rəhbərlik etdiyi nüumayəndə heyəti iştirak edib.

Palatada qeyd ediblər ki, "Azərbaycanda audit: inkişaf və perspektivlər" mövzusuna dair məruzə ilə çıxış edən V.Novruzov ölkədə auditor fəaliyyətinin vəziyyəti, islahatların keçirilməsi və s. haqqında məlumat verib.

Bununla yanaşı, Litvanın, MBD və Şərqi Avropa ölkələrinin təcrübələri ilə tanış olmaq məqsədilə 10 ölkədən 150 nümayəndənin iştirak etdiyi konfransın işi üzrə materiallar Azərbaycana gətirilib.

"Konfransda müzakirəyə çıxarılmış məsələlər perspektivində tədqiqat işlərinin aparılması planlaşdırılır", - deyə Palatada vurğulayıblar.

Palatada o da bildirilib ki, iyulun 19-da Bakıda Azərbaycanla Litvanın Auditorlar Palataları arasında imzalanmış niyyət protokolu çərçivəsində tədbirlər davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti