...

AZƏRBAYCANLA ABŞ ARASINDA İQTİSADİ İSLAHATLARA, BAZAR ŞƏRAİTİNƏ KEÇİDƏ YARDIM ÜZRƏ DÖVLƏTLƏRARASI İŞÇİ QRUPUNUN HƏMSƏDRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 17:11 (UTC +04:00)

Oktyabrın 13-də Azərbaycanın Maliyyə Nazirliyində iqtisadi Azərbaycanla ABŞ arasında islahatlara, bazar şəraitinə keçidə yardım üzrə dövlətlərarası işçi qrupunun həmsədrləri maliyyə naziri Əvəz Ələkbərov və Tom Adamsın görüşü olub. Nazirlikdən Trend ə verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, ölkədə makroiqtisadi vəziyyət, inflyasiya, qanunvericilk bazasının təkmilləşdirilməsi, ABŞ-fın vəsaiti hesabına dövlət xəzinəsinin avtomatlaşdırılması və rekonstruksiyası, ictimai investisiya layihələrinin icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Nazirlikdə o da bildirilb ki, görüşdə ABŞ və Azərbaycan dövlətlərarası işçi qrupunun növbəti iclasının cari ilin noyabrında Vaşinqtonda keçirlməsi haqqında qərar qəbul edilib.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş və digər rəsmi səfirliklərin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti