...

İİN-DƏ İŞƏ QƏBUL ÜZRƏ 30 VAKANT YERƏ 296 ƏRİZƏ DAXİL OLUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 17:40 (UTC +04:00)

Oktyabrın 15-də Azərbaycan tələbə qəbulu üzrə Dövlət komissiyası (TQDK) AR iqtisadi inkişaf nazirliyində (İİN) işə qəbul üzrə test imtahanları keçirəcək. TQDK-də Trend ə bildirilib ki, 30 vakant yerə 296 ərizə qəbul edilib.

Onlardan 29-u qadın, qalanı isə kişidir. Namizədlər arasında Türkiyə, Rusiya və Azərbaycan ali məktəblərinin 60 ixtisas üzrə təhsil almış məzunları vardır. İmtahanlar iqtisad universitetinin binasında keçiriləcək.Mümkün 100 baldan 80 bal toplamış şəxslər imtahanların ikinci turuna buraxılacaq.

Xəbər lenti

Xəbər lenti