...

SUMQAYITDA SƏNAYE ŞƏHƏRCİYİ YARADILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 17:50 (UTC +04:00)

"Sumqayıtda sənaye şəhərciyinin yaradılması ilə bağlı Nazirlər Kabineti qərar qəbul edib"

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev regionların sosial iqtisadi inkişafı proqrammı barədə danışarkən bildirib.

Nazir qeyd edib ki, prezidentin fərmanına uyğun olaraq kiçik və orta biznesin inkişafı ilə əlaqədar qəbul edilən proqramda sənaye şəhərciynin yaradılması nəzərdə tutulub: "Elə bu proqramdan irəli gəlib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Sumqayıtdan 14 km aralıda sənaye şəhərciyinin yaradılması ilə əlaqədar 300 hektar torpaq sahəsi ayrılıb. Yaxın zamanda sənaye şəhərcinin bünövrəsinin qoyulması planlaşdırılır".

F.Əliyev burada təxminən 200-300-ə qədər sənaye müəssisəsinin yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirib: "Əsas məqsəd ölkədə daha çox ehtiyac olan məhsulların istehsalı və bu məhsulların ilk növbədə ölkə əhalisinə verilməsi və gələcəkdə isə xaricə ixracı nəzərdə tutulur".

Sənaye şəhərciyinin xüsusi iqtisadi zonalar üçün baza ola biləcəyini də vurğulayan nazir bir sıra xarici ölkələr - Çin, Cənubi Koreya və Sinqapurda bu təcrübənin həyata vəsiqə qazandığını deyib.

Xəbər lenti

Xəbər lenti