...

AZƏRBAYCANDA 6 MİN TONDAN ÇOX TÜTÜN YARPAĞI YIĞILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 18:38 (UTC +04:00)

Oktyabrın 10-da verilən məlumata əsasən, Azərbaycanın regionlarında tütün yarpağı yığımı ilin əvvəlindən 6061 ton təşkil edib. Kənd təsərrüfatı nazirliyində Trend ə bildirilib ki, bu, 2004-cü ilin analoji dövrü ilə müqayisədə 680 ton çoxdur.

Nazirlikdə qeyd olunub ki, tütün yarpağı əsasən Zaqatala, Şəki, Qax, Qəbələ və Balakən rayonlarının daxil olduğu Şəki-Zaqatala iqtisadi rayonunda istehsal olunur.

2005-ci ildə tütün əkininin ümumi sahəsi 2780 hektar təşkil edirdi və bu yığım hazırda davam etdirilir.

Ötən il tütün istehsalının göstəricisi bütün ölkə üzrə 6500 ton təşkil edirdi.

"2005-ci ildə ümumi yığım 7,5 min ton həcmində planlaşdırılır"-deyə dövlət strukturunda bildirilib.

Xəbər lenti

Xəbər lenti