...

Vergi ödəmələri hesabına dövlət büdcəsinə daxilolmaların əsas hissəsi paytaxtın və iri verigiödəyicilərinin payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2005 16:41 (UTC +04:00)

Vergi ödəmələri hesabına dövlət büdcəsinə daxilolmaların əsas hissəsi paytaxtın və iri verigiödəyicilərinin payına düşür. Trend bildirir ki, bu barədə vergi ödəmələri auditi baş idarəsinin şöbə müdiri İlqar Süleymanov bəyan edib.

Onun sözlərinə görə, respublika üzrə bütün vergi ödəmələrinin 35-40%-i Bakının payına düşür.

"Vergi ödəmələrinin daha 34-35%-i iri vergiödəyicilərinin hesabına təmin olunur" -deyə İ.Süleymanov qeyd edir.

Vergi ödəmələrinin qalan hissəsi regionların payına düşür və bunların Azərbaycan dövlət büdcəsinə vergi daxilolmalarının ümumi həcmində xüsusi çəkisi kifayət qədər yüksək deyil.

Xəbər lenti

Xəbər lenti