...

Azərbaycanda 45 462 kassa-nəzarət aparatları quraşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2005 18:28 (UTC +04:00)

2005-ci il oktyabrın 1-nə olan vəziyyətə əörə, Azərbaycanda 45 462 kassa-nəzarət aparatı quraşdırılıb. Baş Audit İdarəsinin vergi ödəmələri bölməsinin rəisi İlqar Süleymanovun Trend ə verdiyi məlumata görə, Bakıda 23 129 kassa-nəzarət aparatı quraşdırılıb.

"Bu aparatlardan 34 212 ədədi ticarət obyektlərində, 5 541 ədədi ictimai iaişə obyektlərində, 1537 ədədi məişət xidməti obyektlərində, 1016 ədədi yanacaqdoldurma stansiyalarında, 1042 ədədi valyuta dəyişmə məntəqələrində, 8 ədədi nəqliyyat xidməti idarələrində, 12 ədədi rabitə, 38 ədədi səhiyyə, 8 ədədi mədəniyyət, kulğturı, 2 ədədi turizm və ekskursiya xidməti, 1 ədədi təhsil, 3 ədədi bədən tərbiyəsi və idman, 2 min 42 ədədi isə digər obyektlərdə quraşdırılıb", - deyə İ.Süleymanov bildirib.

Onun sözlərinə görə, 2005-ci il oktyabrın 1-də 4 min 539 obyektdə nəzarət-kassa aparatlarından istifadə olunduğunu yoxlamaq məqsədilə operativ yoxlamalar həyata keçirilib.

"Bizim tərəfimizdən 4 min 516 vergiödəyicisi yoxlanılıb, 4 226 obyektdə pozuntu faktı aşkar edilib, bu obyektlərə qarşı 4 min 681 protokol hazırlanaraq 1 milyard 972 milyon manat həcmində sanksiya tətbiq edilib. 2005-ci il oktyabrın 1-dən əvvəlki ötən dövrlərdə ödənməmiş qalıqları nəzərə almaqla, nəqd haqq-hesab qaydalarını pozulması nəticəsində tətbiq edilən sanksiyalar üzrə 2 milyard 074 milyon manat pul ödənilib", -deyə sonda İ.Süleymanov bildirib.

Xəbər lenti

Xəbər lenti