...

PA Consulting group parlamentdə "Kommunal xidmətlərin dövlət nizamlanması barədə " qanun layihəsinin tezliklə müzakirə olunacağına şübhə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2005 18:54 (UTC +04:00)

PA Consulting group ilin sonuna kimi Milli Mcəlisdə (parlamentdə) "Kommunal xidmətlərin dövlət nizamlanması barədə" qanun layihəsinin müzakirə olunacağına şübhə ilə yanaşır. PA Consulting Group layihə işçi qrupunun rəhbəri Maknill Uotkinsin (McNeill Watkins) Trend ə verdiyi məlumata görə, sentyabrda Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə Daimi Komissiyasının rəhbəri Asya Manafova sənədin ilin sonuna kimi qrəbul ediləcəyini bildirib.

"Lakin bizdə olan məlumata görə, komissiya parlamentin müvafiq orqanlarına bu sənədin ilin sonuna kimi müzakirə olunacaq qanun layihələrinin siyahısına salmaq barədə müraciət etməyib ", - deyə o bildirib.

M. Uotkins bildirib ki, qanun layihəsi üzərində işlər başa çatıb və o parlamentə təqdim olunmağa hazırdır.

Qanun layihəsi PA Consulting Group tərəfindən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşəbbüsü çərçivəsində Azərbaycanın ereji sektoruna yardım məqsədilə hazırlanıb. Sənəddə Azərbaycanda kommunal sektor üzrə şirkət və müəssisələrin fəaliyətini nizamlayana yeni icra orqanının yaradılmasının mümkünlüyü öz əksini tapıb. Sənədin əsasını kommunal xidmətlərin dövlət tərəifndən nizamlanmasının zəruriliyi və müvafiq olaraq, ölkədə xüsusi nizamlayıcı agentliyini yaradılması təşkil edir.

Xəbər lenti

Xəbər lenti