...

Avropa yenidənqurma və inkişaf bankı ilə Bank of Baku arasında saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2005 20:39 (UTC +04:00)

Oktyabrın 14-də Bakıda AYİB ilə Bank of Baku arasında saziş imzalanıb. Trend bildirir ki, həmin saziş AYİB-nin Azərbaycan bankının kapitalındakı iştirakı məsələlərini tənzimləyir.

Bank of Baku vitse-prezidenti Əfqan İsayev bildirib ki, sövdələşmənin ümumi məbləği 5 mln. dollar təşkil edir və bunun 4 mln. dolları kapitalda iştirak üçün, 500 min dolları isə texniki yardımın maliyyələşdirilməsi üçün təyin edilib.

4.5 mln. dollardan nizamnamə kapitalına 11.33 mlrd. manat yönəldiləcək, qalan vəsait kapital ehtiyatlarını tamamlayır. Bank of Baku müşahidəçi şurasının sədri Tomas Mozer bildirib ki, hazırda bankın artım göstəricisi proqnozu 27 faiz ötür. O, həm də qeyd edib ki, həmin sövdələşmə AYİB-nin Azərbaycan bank kapitalında ən iri iştirak payıdır.

Xəbər lenti

Xəbər lenti