...

Gəmilərin Rusiya Federasiyasının daxili su marşrutlarından keçməsi üzrə naviqasiya mövsümü noyabrda başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2005 14:31 (UTC +04:00)

"Gəmilərin Rusiyanın daxili su marşrutlarından keçməsi üzrə naviqasiya mösümü noyabrda başa çatacaq, lakin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin Volqa-Don kanalından keçməsinə hələ rəsmi icazə verilməyib". Bu barədə Trend ə Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Vüqar Sadıqov məlumat verib.

O qeyd edib ki, naviqasiya mövsümünün başa çatmasına qədər maksimum 5 gəminin keçməsi təmin olunacaq. "Hazırda bu gəmilərin siyahıları hazırdır və biz onların Volqa-Don kanalından keçmələri üçün Rusiyanın rəsmi icazə məktubunu gözləyirik", - deyə V.Sadıqov bildirib.

Bu icazənin verilməməsi ilə əlaqədar XDGİ bu istiqamətdə sifarişlərdən əldə edəcəyi gəliri itirir.

Xəbər lenti

Xəbər lenti