...

9 ay ərzində Bank of Baku-nun xalis gəliri 11 mlrd manat təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 11:24 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, 2005-ci ilin 9 ay ərzində Bank of Baku SKB-nin gəlirləri 30 mlrd manat, xərcləri isə 17,2 mlrd manat təşkil edib. Bankın xalis gəliri bu dövrdə 11 mlrd olub.

Bank of Baku-nun aktivləri 161,5 mlrd manat və ya 159% artaraq 263,1 mlrd manat, kredit portfeli 67,6 mlrd manat və ya 75% genişlənərək 157,1 mlrd manat təşkil edib. Onların 17,4 mlrd manatı digər banklara verilən kredit və depozitlərin payına düşüb.

Cari ilin yanvar-oktyabr aylarında öhdəliklər 203 mlrd manat olub.

Cari ilin oktyabrın 1-i üçün bank depozitlərinin həcmi 196 mlrd manata bərabər olub, kapital 42,7 mlrd manat artaraq 60,1 mlrd manat, ödənilmiş nizamnamə kapitalı isə 34 mlrd manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti