...

Azərbaycanın Maliyyə Nazirliyi Dövlət Qısamüddətli İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 11:57 (UTC +04:00)

"Azərbaycanın Maliyyə Nazirliyi dövlət qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirib". Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, hərraca 10201608S dövlət qeydiyyat nömrəli DQİ-nin 16-cı emissiyası çıxarılıb.

Hərracda 25 mlrd manatlıq DQİ təqdim olunub. Bir DQİ-nin qiyməti 1 mln manat, dövriyyə müddəti isə 91 gündür və yanvarın 13-də ödəniləcək.

6 investor 96-86% (gəlirlilik-13%) - 97,02% (12,31%) qiymət diapazonunda 18 093 mln manat məbləğində ərizə verib.

MN-nin qərarına əsasən, kəsmə xətti 96,97% (12,53%), orta qiymət isə 96,99% (12,44%) olub.

6 523 mln manat məbləğində DQİ yerləşdirilib, qeyri-rəqabət xarakterli ərizələr 3 330 mln manat dəyərində olub.

DQİ-nin ödənmə tarixi 13 yanvar 2006-cı ildir.

Xəbər lenti

Xəbər lenti