...

31,2 trilyon manat məbləğində sənaye məhsulu istehsal olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 12:53 (UTC +04:00)

Azərbaycanda cari ilin 9 ayı ərzində 31,2 trilyon manatlıq sənaye məhsulu istehsal olunub. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 28% çoxdur.

Cari ilin 9 ayı ərzində neft hasilatının artımı 35%, hasilat göstğəricisi isə 15,5 milyon ton, qaz hasilatında artım 8,3%-dən artıq, hasilat isə 4 milyard kubmetr təşkil edib.

Neft sənayesi ilə yanaşı, qeyri-neft sektoru da inkişaf edib ki, burada artım 16,7% təşkil etsə də, taxılçılıq və inşaatda, rezin, plastik kütlələr, metallurgiya və digər sahələrdə yuxarıda göstərilən göstəriciləri də ötüb keçib.

İstehsalın 94,1% -i sənayenin, 5,9%-ni isə xidmətlər təşkil edir. Qeyri-dövlət sektorunda artım 45% təşkil edib ki, onun da 2/3-si sənayenin payına düşür.

Cari ilin yanvar- avqust aylarında sənaye sektorunda çalışan fəhlələrin sayı 4% artaraq 154,1 min nəfər təşkil edib. Qeyri-dövlət sektorunda isə bu göstərici 15,6% olub ki, bu da sənaye sahəsində qeyri-dövlət sektorunda 50,4 min nəfərin çalışdığını göstərir.

Neft sənayesində çalışan fəhlələrin əmək haqqının nominal ölçüsü digər sənaye sahələrində çalışanlara nisbətən 2,2 dəfə çoxdur.

Bu sahədə çalışan Azərbaycan vətəndaşının orta əmək haqqı ötən ilin yanvar -avqust ayları ilə müqayisədə 37,7% olub və 1,3 milyon manata çatıb.

Emal sənayesi sahəsində ən yüksək əmək haqqını metallurgiya, sement sənayesi, nəqliyyat avadanlığı və neft emalı səhələrində, ən aşağı əmək haqqı isə taxılçılıq, inşaat, dəri məhsulları və ayaqqabı, eləcə də, ağac emalı sənayesində çalışanlara verilib.

Elektrik enerjisinin,qaz və su istehsalı paylanması sahəsində 34,8 min adam çalışır ki, onların orta əmək haqqı 543,2 min manat təşkil edir. Bu da ötən ilin analoji dövrünün göstəricilərindən 27% çoxdur.

Xəbər lenti

Xəbər lenti