...

Azərbaycana Aqrolizinq-in xətti ilə 640 ədəd kənd təsərrüfatı texnikası gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 13:20 (UTC +04:00)

Azərbaycana Aqrolizinq Açıq Səzmdar Cəmiyyətinin xətti ilə alınan kənd təsərrüfatı texnikasının yarısı - 636 ədəd taxılyığan kombayn, traktorlar və s. gətirilib. ASC-dən Trend ə verilən məlumata görə, texnika SC-in iyun və iyul aylarında keçirdiyi tenderlərin nəticəsində gətirilib.

Dövlət strukturundan bildiriblər ki, texnika Ucarın satış-sərgi yarmarkasında, Əli-Bayramlıdakı kompleks bazasında yerləşdiriləcək.

"Hazırki anda tenika verdikləri ərizələr əsasında fermerlərə paylanılır", - deyə strukturdan bildirilib.

Fermerlər texnikanın pulunu əvvəlcə ümumi dəyərinin 10%-ni ödəməli, yerdə qalan hissə üçün onlar girov qoymalı və 5 il ərzində hər rüb verməlidirlər.

İlk tenderin yekunlarına görə, 1000 ədəddən artıq texnikanın alınması nəzərdə tutlmuşdu, lakin sonradan texnikanın miqdarı əhəmiyyətli dərəcədə artıb. Tender üzrə 210 ədən taxılyığan kombayn almaq nəzərdə tutulsa da, hazırda bu rəqəm 250 ədəd təşkil edir. Əvvəlcə 350 ədəd təkərli traktorların alışı nəzərdə tutulmuşdusa, indi onların sayı 360 təşkil edir və s.

Xəbər lenti

Xəbər lenti