...

BakuBuild sərgisi iştirakçılarının 60%-i Azərbaycan şirkətləridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 15:22 (UTC +04:00)

BakuBuild sərgisi iştirakçılarının 60%-i yerli şirkətlərdir. JTE Croup şirkətinin beynəlxalq satış meneceri Kamran Mehdiyev Trend ə bildirib ki, ötən illə müqayisədə yerli şirkətlərin sayı təxminən 10% artıb. "Bu, Azərbaycanda açılan yeni müəssisələr və tikinti sahəsinin inkişafı hesabına baş verib"-deyə o qeyd edib.Bu il sərgilərin 50%-ni yeni şirkətlər təşkil edir.

BakuBuild Beynəlxalq tikinti sərgisinin ümumi sahəsi 32% artırılıb. Oktyabrın 19-dan 22-dək Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək tədbirdə 20 ölkədən 180 şirkət iştirak edəcək.

Iteca Caspian Ltd. şirkətinin meneceri Yana Sapunova Trend ə bildirib ki, yeni seksiyalarla yanaşı ilk dəfə olaraq yeni bir bölmə - "Landşaft layihələşdirilməsi" və yeni seksiya - "Tikinti Kimyası" təqdim ediləcək.

Sərginin təşkilatçıları ITE Group PLC (Böyük Britaniya) və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan Iteca Caspian Ltd. (Azərbaycan)şirkətidir .

Sərgidə rəsmi dəstəyi AR İqtisadi inkişaf nazirliyi, Bakı şəhər İcra hakimiyyəti, AR Dövlət Tikinti və Memarlıq Komitəsi, AR Sahibkarlar Konfederasiyası, İnvestisiyaların və məsləhətləşmələrin təşviqi Fondu və AR Memarlar İttifaqı təqdim edir.

Xəbər lenti

Xəbər lenti