...

Azərbaycanda ÜDM 21,8% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 16:28 (UTC +04:00)

Cari ilin doqquz ayı ərzində Azərbaycanda ÜDM ötən ilin analoji gösətricisi ilə müqayisədə 21,8% artıb. Trend bildirir ki, beləliklə, cari ilin oktyabrın 1-nə olan vəziyyətə görə, ÜDM göstəricisi 6,7 trln. Manat artaraq 40,9 trln. Manat təşkil edib.

Ölkənin ÜDM istehsalı payı 60,3%-dən 65,1%-dək artıb, xidmətlər 32,4%-dən 27,3%-dək azalıb.

Məhsullar və idxaldan xalis vergilər ÜDM-də 7,6% təşkil edib.Bu dövr ərzində sənayedə ÜDM 19,6 trln. manat həcmində istehsal edilərək ÜDM-dən 48,1%, kənd təsərrüfatı, ovçuluq və meşəçilik sahəsində əlavə dəyər 2,9 trln. manat (7%), Tikinti sahəsində - 4,1 trln. manat (10,1%), nəqliyyat sektorunda - 2,5 trln. manat (6%), rabitə sahəsində - 1 trln. manat (2,4%), topdan və pərakəndə ticarətdə, avtomobil sahəsində, məişət məmulatları və şəxsi əşyaların təmiri üzrə xidmət saşəsi - 2,9 trln. manat (7,1%), restoran və mehmanxana sektoru - 292,2 mlrd. manat (0,7%), sosial və digər xidmətlər göstərilməsi - 4,5 trln. manat (11,1%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti