...

Tikinti işlərində həcmində artım 36% təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 18:47 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti işlərinin ümumi həcmi 5639,2 milyrd. manat ($122 milyn.) təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 36 % çoxdur. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, dövlət müəssisələrinin tikinti sektorunda göstərilən xidmətlərin həcmi 1329,7 milrd. manat ($28 milyona yaxın), özəl müəssisələrdə isə 4309,5 milyard manat ($93 milyn.) təşkil edir.

Tikinti işlərinin ümumi həcmindən 83,8% və ya 4723,7 milrd. manat ($102 milyn.) yeni tikintilərin, bərpa və genişləndirmələrin, 10,4% yaxud 585,3 milyrd. manat ($127 milyn.) əsaslı təmirin, 2,6% yaxud 149,6 milyrd. manat ($32 milyn.) cari təmirin, 3,2% və ya 180,6 milrd. manat ($39 milyn.) digər tikinti işlərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti