...

Azərbaycanda yükdaşımalarının həcmi 7,9% artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 18:50 (UTC +04:00)

2005-ci ilin doqquz ayı ərzində Azərbaycanda yükdaşımalarının həcmi müxtəlif yüklər olmaqla 92,5 mln. ton təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 7,9% çoxdur.AR nəqliyat nazirliyində Trend ə bildirilib ki, yüklərin əsas hissəsi avtomobil nəqliiyatı ilə daşınıb.Nəqliyyatın bu növü ilə 50,1 mln. ton yük daşınıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 6,5% çoxdur.Həmçinin sərnişindaşımanın həcmi 4,4% artırılaraq 628,3 mln. nəər təşkil edib.

Nazirlikdə həm də qeyd olunub ki, dəniz nəqliyatı ilə 10 mln. ton yük daşınıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 1,5% azdır.Bu həcmdən 73,1% neft və neft məhsullarının, 26,9% isə quru yüklərin payına düşür. Dəmir yolu nəqliyyyatı ilə daşınan yüklərin həcmi 18,5 mln. ton təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 21,9% çoxdur.Daşımaların qalan hissəsi hava nəqliyyatının, magistral neft kəmərləri və nəqliyyatın digər növlərinin payına düşür.

.

Xəbər lenti

Xəbər lenti