...

Azərbaycan iqtisadiyyatına $4 147,48 mln. sərmayə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 19:30 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan iqtisadiyyatına 19 041,1 mlrd. manat həcmində kapital qoyuluşu həyata keçirilib. (sentyabrda orta məzənnə 1 ABŞ dolları üçün 4591 manat olmaqla $4 147,48mln.). Dövlət statistika Komitəsində Trend ə bildirilib ki, bu, 2004-cü ilin yanvar-sentyabr ayı ərzində qoyulan investisiyanın həcmindən 10,7% yüksəkdir.Bütün 2004-cü il ərzində Azərbaycan iqtisadiyyatına 36,1% artım tempi ilə 24196,6 mlrd. manat kapital qoyuluşu ($4924,413 mln) həyata keçirilib.

2005-ci ilə olan investisiya proqnozu 22914,2 mlrd. manat ( orta mübadilə məzənnəsi 4925 AzM/USD olmaqla $4652,6 mln.) təşkil edib və yanvar-sentyabr ayı ərzində faktiki qoyuluş proqnozun 83,097%-ni təşkil edib.

Dövlət statistika komitəsinin məlumatına əsasən, 9 ay ərzində daxili mənbələrdən iqtisadiyata investisiyaların ümumi həcmindən 29,1% sərmayə qoyulub.

Yanvar-iyunda investisiyaların əsas mənbəyi - müəssisələrin vəsaiti (investisiyaların ümumi həcmindən 87,6% təşkil edərək 16668 mlrd. manat), bank kreditləri (826,9 mlrd. manat yaxud 4,4%), əhalinin vəsaitləri (711,8 mlrd. manat yaxud 3,7%), büdcə vəsaitləri (525,1 mlrd. manat yaxud 2,8%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti