...

Azərbaycan Milli bankı hərrac keçiriləcəyini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 20:09 (UTC +04:00)

Azərbaycan Milli bankı (AMB) Bakı fond birjasında (BFB) qısamüddətli notların buraxılmasında ilkin yerləşdirmə üzrə hərrac keçirmək niyyətindədir. BFB-də Trend ə bildirilib ki, hərraca 50100411S qeydiyyat nömrəli emissiya notları çıxarılacaq.

Notların tədavül müddəti 28 gün, ödənmə müddəti isə cari ilin noyabrın 16-dək olacaq.

Buraxılışın ümumi həcmi 50 mlrd. manat, nominal bir qiymətli kağız 1 mln. manat təşkil edir.

Beləliklə, 2005-ci ildə AMB 43 buraxılış vasitəsilə satışa 1145 mlrd. manat (ildə qeydiyyatdan keçmiş 2 trln.manat emissyianın 57,25%-i) not çıxarılıb, 42 buraxılış vasitəsilə yalnız 636,133 mlrd. manat cəlb edilib ki, bu da elan edilən emissiyanın 58,09%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti