...

Azərbaycanda 1974,7 min tondan çox taxıl yığılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2005 20:29 (UTC +04:00)

İlin əvvəlindən Azərbaycanda 1974,7 min ton həcmində taxıl yığılıb. Dövlət Statistika Komitəsində Trend ə bildirilib ki, yığım 770,3 min hektar sahədə hər hektarın məhsuldarlığı 25,6 sentner təşkil etməklə həyata keçirilib.

Hazırda taxıl yığımı üzrə bütün işlər başa çatdırılıb.

2005-ci il ərzində taxıl və dənli bitkilər yığımı proqnozu 2 mln. 250 min ton təşkil edir.

Bundan başqa, hər il qarğıdalı istehsalı artırılır.Belə ki, bu dövr ərzində 30,5 hektar sahədən 143,3 min ton qarğıdalı yığılıb.2004-cü illə müqayisədə qarğıdalı istehsalının artımı 5,3% təşkil edib. Sonradan həmçinin 1,2 min hektar ümumi qarğıdalı sahəsindən yığım gözlənilir.

Bununla yanaşı, ilin əvvəlindən meyvə istehsalı 361,4 min ton və üzüm istehsalı 74,8 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti