...

2005-ci ilin əvvəlindənAzərbaycanda 133 min tona qədər pambıq yığılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2005 12:13 (UTC +04:00)

"2005-ci ilin əvvəlindən Azərbaycanın regionlarında 132 653 ton pambıq yığılıb". Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu göstərici keçən illə müqayisədə 34 740 ton çoxdur.

"Ümumiyyətlə, 185 min ton pambıq yığımı proqnozlaşdırılıb. Lakin mütəxəssislərin fikrincə, əlverişli hava şəraitində bu göstərici 200 min tona da çata bilər", - deyə nazirlikdə qeyd edilib.

Azərbaycanda pambıq ölkənin 21 rayonunda, xüsusilə, Salyan-Muğan, Qarabağ və Şirvan iqtisadi rayonlarında yetişdirilir.

Keçən il 77,7 min ha sahədə pambıq əkilmiş və 135 min ton məhsul yığılmışdı.

"Hazırda pambıq yığımı davam edir və bu proses oktyabrın sonuna kimi başa çatacacaq" , -deyə nazirlikdə bildirilib.

Xəbər lenti

Xəbər lenti