...

AİB-nin nümayəndələri Respublika Bankının rəhbərliyi ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2005 16:22 (UTC +04:00)

Oktyabrın 17-də Respublika Bankının baş ofisində bank rəhbərliyinin Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüşü olub. Respublika Bankında Trend ə bildirilib ki, görüşdə ticarət maliyyələşdirməsi proqramı çərçivəsində Respublika Bankının kreditləşdirilməsi imkanları müzakirə edilib.

Görüşdə Asiya inkişaf bankını cənab Klaus Felsinger (Klaus Felsinger) və Pamella Brasey (Pamella Bracey) təmsil edib.Onlar Respublika Bankı ilə əməkdaşlığın perspektivlərində nikbinlik bildirib.

Eyni zamanda, Azərbaycanda bank sektorunun cari vəziyyəti, habelə maliyyə-kredit bazarının gələcək artım imkanları müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti