...

2006-cı ildə 400,1 milyon manat sığorta haqlarının toplanması nəzərdə tutulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2005 17:34 (UTC +04:00)

"2006-cı ildə 400,1 milyon manat məcburi dövlət sosial sığorta haqlarının toplanması nəzərdə tutulur". Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov parlamentin oktyabrın 19-da keçirdiyi növbəti iclasında deyib.

Onun sözlərinə görə, bu, 2005-ci ilin təsdiq olunmuş gəlir proqnozuna nisbətən 83,1 milyon manat və ya 26,2 faiz çoxdur. "Məcburi sosial sığorta haqlarının artımının 51,1 miylon manatı və yaxud 61,5 faizi qeyri büdcə sektorunun payına düşəcəkdir. 2006-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların artım sürəti orqa aylıq əmək haqqının artım sürətinin təxminən 1,2 faiz üstələyəcək".

S.Müslümov onu da bildirib ki, 2006-cı il Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirlərinin 29,42 faizini dövlət büdcəsindən ayrılan transfertlər təşkil edəcək. "Mütləq ifadədə bu təqribən 167 milyon manatdır. DSMF-nin büdcə xərclərinin 94,1 faizi əhaliyə ayrılan pensiya və müavinətlər, 1,2 faizi pensiya və müavinətlərin əhaliyə çatdırılması, 4,7 faizi isə digər xərclərin maliyyələşdiyirlməsinə yönəldilən vəsaitlər təşkil edir. 2006-cı ildə əhaliyə ödənişlər 534,5 milyon manat proqnozlaşdırılıb ki, bu da yalnız əmək pensiyalarnın əhatə edir".

Xəbər lenti

Xəbər lenti