...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərinin icraçısı Gündüz Məmmədov təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2005 17:43 (UTC +04:00)

Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədrinin səlahiyyətlərinin icrası Gündüz Məmmədova həvalə edilib. QKDK-dən Trend ə verilən məlumata görə, G.Məmmədov QKDK-nin sədrinin birinci müavini vəzifəsində çalışır.

Gündüz Məmmədov 1957-ci ildə anadan olub. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təsis edildiyi andan, 1999-cu ildən Komitədə əvvəl

hüquq komitəsinin rəisi, Milli depozitar mərkəzin rəhbəri, sonralar isə QKDK-nin sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti