...

Bakıda Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2005 18:45 (UTC +04:00)

Oktyabrın19-da AR Dövlət gömrük komitəsinin (DGK) sədri Kəmaləddin Heydərov Koreyanın fövqəadə və səlahiyyətli səfiri Mun Qayonqu qəbul edib. DGK-də Trend ə bildirilib ki, K.Heydərov iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdirildiyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yaxşılaşdırıldığını qeyd edib. O, vurğulayıb ki, Azərbaycan ilə Koreya arasında iqtisadi və ticari əlaqələrin inkişafında gömrükçülərin üzərinə böyük vəzifələr düşür.DGK sədri ölkələr arasında ixrac-idxal əməliyyatlarının dinamikası barədə danışıb. K.Heydərov Mun Qayonqu ölkədə həmçinin gömrük sahəsində aparılan islahatlarla tanış edib.

Koreyanın səfiri Azərbaycanda baş verən irimiqyaslı və müsbət dəyişiklikləri qeyd edib, habelə əməkdaşlığın perspektivləri barədə danışıb.

Görüşdə Azərbaycan ilə Koreya arasında iqtisadi, ticari və mədəni münasibətlərin genişləndirilməsi üzrə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti