...

Oktyabrın 25-də Böyük Britaniyanın Milli Audit Ofısinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2005 12:11 (UTC +04:00)

"Oktyabrın 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Milli Audit Ofisinin (NAO - National Audit Office) baş auditoru Con Bornun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək". Azərbaycanın Hesablama Palatasından Trend ə verilən məlumata görə, səfər çərçivəsində hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, əlaqələrin inkişafında Hesablama Palatalarının rolunun artırılması, korrupsiyaya ilə mübarizə məsələləri müzakirəyə çıxarılacaq.

"Nümayəndə heyətinin səfəri oktyabrın 28-də başa çatacaq", - deyə Palatada bildirilib.

Azərbaycanın Hesablama Palatası və Böyük Britaniyanın Milli Audit Ofisi arasında qarşılıqlı anlaşma memorandumu 2003-cu il mayın 13-də Londonda Azərbaycanın HP sədri Namiq Nəsrullayev və NAO-nun baş auditoru Con Born arasında imzalanıb.

Xəbər lenti

Xəbər lenti