...

Azərbaycanda kredit birliklərinin fəaliyyəti üzrə konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2005 15:13 (UTC +04:00)

Oktyabrın 20-də Bakıda Beynəlxalq kredit birlikləri gününə həsr olunmuş ilk konfrans keçirilib. Trend Azərbaycan kredit birlikləri Assosiasiyasının (AKBA) rəhbəri Məcid Əsədovun sözlərinə əsasən bildirir ki, hazırda dünyada müxtəlif kredit birliklərinin 138 mln. üzvü vardır.

"Azərbaycanda hazırda 50-dən çox kredit birliyi vardır ki, bundan 45-i AKBA-nın üzvüdür.Azərbaycanın kredit birliklərində 4579 üzv vardır və onlara 26,875 mlrd. manat məbləğində 6 min kredit verilib" -deyə o qeyd edib.

O, həm də bildirib ki, Cənubi Qafqaz ölkələri arasında kredit birlikləri Azərbaycan bazarında daha geniş təqdim olunur.

Kənd təsərrüfatı nazirliyi yanında kənd təsərrüfatı kreditləşdirilməsi Dövlət agentliyinin baş direktoru Razim Vəliyev bildirib ki, k/t subyektlərinin 99%-ni özəl sektor təmsil edir.O, həm də qeyd edib ki, Dünya bankının k/t layihəsi üzrə $15,6 mln. kredit ayrılıb.

K/t nazirinin müavini İlham Quliyev qeyd edib ki, Dünya bankının həmin layihəsi üzrə on il ərzində - 2000-ci ildən 2010-cu ilədək layihənin üç mərhələsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.Nazir müavininin sözlərinə görə, hazırda layihənin gerçəkləşdirilməsi nəzərdə tutulan ilkin mərhələsi $33.6 mln. olaraq qiymətləndirilir ki, bundan $30 mln. Beynəlxalq inkişaf assosiasiyası xətti ilə, $1,34 mln. - Azərbaycan hökuməti, $2,35 mln - layihənin İcraçı agentliyi tərəfindən ayrılıb.

Layihə Azərbaycanın 5 regionunun 27 rayonunda gerçəkləşdirilir.Həmin layihə üzrə 1770 şirkətin təqdim etdiyi 44.7 mlrd.manat almış 905 borc alan vəsait alıb.Əlavə olaraq 27 kredit birliyi 10,5 mlrd. Manat alıb. Layihə üzrə qayıtma 95% təşkil edir.

Xəbər lenti

Xəbər lenti