...

Azərbaycanda lizinq portfeli $24,5 milyona bərabərdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2005 17:03 (UTC +04:00)

Sentyabrın 30-da olan vəziyyətə görə, lizinq şirkətlərinin aktiv portfeli $24 459 374 milyon təşkil edir. Trend in məlumatına görə, bu barədə oktyabrın 20-də Beynəlxalq Maliyyə Korporasiyasının (BMK - Dünya Bankının qrupu) reallaşdırdığı Azərbaycanda lizinqin inkişafı layihəsinin yaydığı press-relizdə bildirilir.

Lizinq layihələrinin ümumi miqdarı 286-dır və hazırda Azərbaycanda lizinq xidmətlərini Ata Lizinq, Azerilizinq, AG Lizinq, SLS Azerlizinq, Debut Bank, Gunaylizinq, Parex Lizinq və Uni Lizinq kimi şirkətlər həyata keçirir. Mugan Lizinq, AZ Lizinq, Bank Respublika, Bank of Baku, Cred Agro, Amrah Bank və Agro Lizinq dövlət şirkəti lizinq layihələrini həyata keçirməyə başlayan şirkətlərdir.

Lizinq portfelinin strukturunda daha çox 33,6% tikinti layihələrinin, 21,9% - nəqliyyat, 13,8% maliyyə və sığorta, 6,1 % qida sənayesinin, 5,8% səhiyyə sahəsində laiyhələrin, 5,5% istehsal 2,2% mülki inşaat, 0,1% kənd təsərrüfatı, 11% digər layihələrin payına düşür.

Xəbər lenti

Xəbər lenti