...

Asiya İnkişaf Bankının missiyası Bakıdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2005 15:09 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) maliyyə məsələləri üzrə mütəxəssis Klaus Filsingerin (K.Filsinger) başçılıq etdiyi missiyası Bakıdadır.AİB-nin Bakıdakı nümayəndəliyində Trend ə bildirilib ki, missiya AİB-nin özəl sektorda layihələrinə dair memorandum çərçivəsində Azərbaycanın maliyyə subyektləri ilə birbaşa əməkdaşlıq proqramının hazırlanması ilə məşğuldur.

"Proqram üzrə tanışlıq missiyası hələ iyulda olmuşdu, hazırkı missya sektorun vəziyyəti və potensiallı tərəfdaşların icmalının, eləcə də inkişaf perspektivlərinin təhlilinin qiymətləndirilməsini aparır,bunun əsasında maliyyələşdirmənin həcmi və tərəfdaşların dairəsi müəyyən ediləcək. Proqram bank və lizinq şirkətləri ilə tərəfdaşlığa yönəldilib və 4 əsas komponentə malik olacaq: ticarət maliyyələşdirməsi (kiçik və orta sahibkarlığın inkişafına, sənədlərə əsaslanan fəaliyyətə və s. kreditlər), texniki yardım, lizinq fəaliyyətinə dəstək, kapitalda payın əldə olunması. Proqramın bankın direktorlar şurası tərəfindən 2006-cı ilin birinci rübündə bəyəniləcəyi planlaşdırılır.Bu il bankın Azərbaycan maliyyə strukturları kapitalında ilk iştirakı mümkündür" -deyə hökumətdə bildirilib.Proqramın fəaliyyəti 20 ilədək müddətə hesablanıb. AİB missiyası Azərbaycan Milli bankında, lizinq şirkətləri Assosiasiyasında, bank və lizinq şirkətlərində məsləhətləşmələr aparır.

Xəbər lenti

Xəbər lenti