...

Azərbaycan hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kreditin ayrılmasının məqsədəuyğunluğunu qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2005 16:58 (UTC +04:00)

Azərbaycan hökuməti Avropa yenidənqurma və inkişaf bankı tərəfindən Azərbaycan Dövlət Dəmiryol İdarəsinə kreditin ayrılmasının məqsədəuyğunluğunu qiymətləndirir. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən xəbər verilib.

"Əvvəlcə bu kreditin ayrılmasında dövlət zəmanəti tələb olunmadığından o, sərfəli idi. Lakin indi dövlət zəmanəti tələb olunur. Lakin belə layihələrin həyata keçirilməsi məqsədilə dövlət borcunun $50 milyona qaldırılması məqsədəuyğun deyil" , - deyə Nazirlər Kabinetində bildirilib.

2005-ci ilini əvvəlində Azərbaycanla AYİB arasında bu məsələ ilə bağlı danışıqlar aparılıb.

Layihənin dəyəri $50 milyondur. ADDİ-nin təklifinə əsasən, birinci mərhələdə alınacaq kredit tranşı lokomotivlərin bərpasına, ikinci mərhələdə isə yeni maşınların alınmasına sərf olunacaq.

Həmçinin, 60 ədəd elektrovoz və teplovozun əsaslı təmirinə, Böyük Şor və Biləcəri depolarında lokomativlərin təmir bazasının yaradılması və onun ehtiyat hissələri ilə təmin olunması nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsinə $20 mln vəsait tələb olunur. İkinci layihənin dəyəri $30 milyondur, onun $10 milyonu dəmiryol təsərrüfatında təmir işlərinin aparılması üçün LM və ÇSM tipli maşınların, $20 mln isə yeni lokomotivlərin alınmasına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti