...

Azərbaycan Beynəlxalq bankının aktivləri 5,4 trln. manat göstəricisinə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2005 17:32 (UTC +04:00)

Azərbaycan Beynəlxalq bankının (ABB) mənfəəti cari ilin üç rübü ərzində 26 171 868 min manat təşkil edib. ABB-də Trend ə bildirilib ki, ötən ilin analoji dövrü ərzində həmin göstərici 18 143 644 min manat təşkil edir.

Bankın gəlirləri 147 127 842 min manat (121 654 871 min manat) təşkil edir.Gəlirlər strukturunda alınmış faizlər 80 371 471 min manat (fiziki və hüquqi şəxslərə verilən kreditlər üzrə - 66 026 423 min manat, banklarda yerləşdirilən vəsaitlər üzrə - 12 774 916 min manat), xidmətlərə görə komisyon gəlirlər 66 736 371 min manat (plastik kartlarla əməliyyatlar üzrə - 9 270 119 min manat) təşkil edib.

Hesabat dövründə bankın xərcləri 120 955 974 min manat təşkil edib. Bunların strukturunda ödənmə faizləri 22 273 064 min manat (ötən ilin həmin dövrü ərzində - 23,7 mlrd. manat) təşkil edib.

Bankın aktivləri 5 377 625 540 min manat təşkil edib, ötən ilin həmin dövrü ərzində bu göstərici 4 018 172 224 min manat, 2003-cü ilin üç rübünün yekunlarına əsasən 2,3 trlnö manat təşkil edib.

Bankın yekun kredit portfeli 2 912 031 625 min manat (1 173 890 144 min manat)təşkil edib.

Hesabat dövründə bank fiziki və hüquqi şəxslərdən bank vəsaitləri də daxil olmaqla 4 918 914 712 min manat (3 719 559 834 min manat) cəlb edib. O cümlədən fiziki şəxslərin vəsaitləri 962 459 110 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti