...

Azərbaycanın kənd təsərrüfatı naziri MDB ölkələrinin aqrosənaye kompleks məsələləri üzrə Hökumətlərarası Şurasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2005 10:46 (UTC +04:00)

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov MDB ölkələrinin aqrosənaye kompleks məsələləri üzrə Hökumətlərarası Şurasının növbəti XVIII iclasında iştirak edəcək. Nazirlikdən Trend ə verilən məlumata görə, tədbir oktyabrın 25-də Sudak şəhərində (Krım) başlayacaq.

Şuranın XVII iclası 2004-cü il oktyabrın 27-də Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Aleksey Qordeyevin sədrliyi ilə Bakıda keçirilmişdir.

Tədbir çərçivəsində İ.Abbasovun MDB ölkələrinin aqrar sahələrdə fəaliyyət göstərən nümayəndələri ilə görüşü gözlənilir. "İclas oktyabrın 28-də başa çatacaq", - deyə nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti