...

Azərsu Oğuz-Qəbələ layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın işlənməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2005 11:13 (UTC +04:00)

Oğuz-Qəbələ su kəməri qolunun inşasına $0,5 milyarddan artıq vəsait sərf oluna bilər. Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, bu layihənin dəyərinin ilkin proqnoz göstəricisi $500 mln təşkil edib.

"Lakin hazırda onun dəqiq dəyəri müəyyən olunmayıb. $500 mln məbləğində ilkin göstərici inflyasiya və işlərin dəyərinin artması hesabına qalxa bilər. Bununla əlaqədar layihənin dəyəri dəqiqləşdiriləcək", - deyə Nazirlər Kabinetində qeyd edilib.

Hazırda Azərsu SC layihənin texniki-iqtisadi əsaslandırılmasına başlayıb. "Bu məqsədlə Azərsu məsləhətçilər dəvət edib və layihənin dəyəri işin gedişində müəyyən olunacaq", - deyə NK-da bildirilib.

Minimal hesablamalarai görə, layihə 3 il müddətində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti