...

"Şah İsmayıl Xətai" tankeri Bakıdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 17:18 (UTC +04:00)

Azərbaycan 19619 layihəsi üzrə üçüncü "Şah İsmayıl Xətai" tankerin alıb. Bu barədə Trend ə Xəzər dəniz gəmiçiliyi idarəsinin (KASPAR) mətbuat katibi Vüqap Sadıqov bildirib. KASPAR-ın sifarişilə tankerin inşası Rusiyanın "Krasnoe Sormovo" zavodunda aparılırdı.

V.Sadıqovun sözlərinə görə, "Şah İsmayıl Xətai", "Prezident Heydər Əliyev" və "Babək" tankerləri TRACECA marşrutu ilə hərəkət edəcək.

"Çay-dəniz" dərəcəli 12 yük tankına malik olan gəmilər neft xammalı və neft məhsullarının daşınması üçün nəzərdə tutulub.Gəmilər neft axınının qarşısını alan ikili örtüyə malikdir.Bir reys daxilində eyni zamanda bir neçə növ neft məhsulunun daşınması imkanı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti