...

Con Bornun Bakı səfəri təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 17:24 (UTC +04:00)

Sabah Bakıya gəlməsi nəzərdə tutulan Böyük Britaniya-Şimali İrlandiya Birləşmiş Krallığının Milli Audit Ofisinin (MAO) rəhbəri, baş auditor Con Bornun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri müəyyən müddətə təxirə salınıb. Bu barədə Azərbaycan Hesablama Palatasından (HP) Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, səfərin təxirə salınması C.Bornun bir sıra digər vacib işləri ilə əlaqədardır. Səfərin bu ilin sonu, yaxud gələn ilin əvvəllərində həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, 3 gün davam edəcək səfər çərçivəsində HP-də keçiriləcək görüşlərdə qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, kadr hazırlığı, təcrübə mübadiləsi və s. məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulurdu. Bundan başqa nümayəndə heyətinin bir sıra hökumət qurumlarında da görüşlər keçirməsi gözlənilirdi.

Xatırladaq ki, səfər HP-nin dəvəti ilə həyata keçirilirdi. 2004-cü ilin mayında isə Londonda MAO və HP arasında iki tərəfli əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.

Xəbər lenti

Xəbər lenti