...

Oktay Haqverdiyev: Azərbaycanda "holland sindromu"nun inkişafı üçün əlverişli şərait yarana bilməz

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 18:30 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda qeyri-neft sektorunun pronoz göstəricisinin artımı 10% təşkil edir. Bu barədə Trend ə Azərbaycan Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Oktay Haqverdiyev ekskluziv olaraq məlumat verib. "Lakin real olaraq bu göstərici proqnoz göstəricisindən yüksək ola bilər. Axı təkcə cari ilin 9 ayı ərzində ÜDM-da qeyri-neft sektorunun payı 12,3% təşkil edir", - deyə o bildirib.

2006-cı ildə ÜDM göstəricisində artım 30% səviyyəsində planlaşdırılıb. Bu zaman bir sıra beynəlxalq maliyyə institutları cari ildə ÜDM-da qeyri-neft sektorunun artımı 10,5% təşkil edib, gələn ildə isə 8%-ə qədər azalacağını ehtimal edirlər.

"Bu göstəricilər ciddi makro iqtisadi proqnozlara əsaslanmır. ÜDM-un artı sürəti müəyyən müddət həqiqətən də azalacaq. Lakin bu ötən illərin daha yüksək göstəriciləri ilə müqayisədə baş verəcək. ÜDM-un nominal artımı dayanmadan artacaq, bu həm də qeyri-neft sektorunun hesabına baş verəcək və onun üçün zəmin artıq bu gündən yaranır ", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda "holland sindromu" üçün şəraitin yaranması ölkədəki geniş istehsal spektri hesabına mümkün deyil. "Holland sindromu" neft sektornun təkrar maliyyələşdirilməsi üçün neft gəlirlərindən istifadəni nəzərdə tutur. Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən bir çox müəssisələr (maşınqayırma, metarllurgiya, yeyinti və yüngül sənaye və s.)mövcuddur. Neftdən gələn gəlirlər art ıq bu sahələrin inkişafına yönəlib və bütün yuxarıda sadalananlar Azərbaycanda "holland sindromu"nun inkişafı üçün əlverişli şəraitin yaranmasını qeyri-mümkün edir ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti