...

"Səhiyyə-2005" sərgisində 100-ə yaxın şirkət iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2005 18:49 (UTC +04:00)

Azərbaycanda növbəti 11-ci beynəlxalq "Səhiyyə-2005"- BIHE sərgisində dünyanın 20 ölkəsindən 90 şirkət, eləcə də, ABŞ, Avstriya, Macarıstan, İran, Türkiyə, Rusiya, Ukrayna, Hindistan, Yaponiya və digərləri iştirak edəcək. Iteca Caspian Ltd-nin meneceri Samirə Teymurovanın Trend ə verdiyi məlumata görə, oktyabrın 3-də sərgi çərçivəsində "Dermotovenerologiya" elmi-praktik konfransı keçiriləcək ki, onun işində Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrin 200-ə yaxın nümayəndəsi iştirak edəcək.

"Bu il, həmçinin, bundan əvvəlki illə müqyasədə sərginin sahəsi 20% genişlənib", - deyə o qeyd edib.

zərginin əsas bölmələri Farmakologiya, tibbi avadanlıqlar, tibbdə elektronika, optika və oftalmologiya, təcili yardım, apteklər və tibbmyüəssisələri üçün avadanlıqlar, sağlamlıq və gözəllik, kosmetologiya, dieta və qida əlavələri, nəşrlər və xidmətlər, xəstəxana, tibbi avadanlıqlar, ekologiya xidmətləri, sığortadan ibarətdir.

Meneceri sözlərinə görə, ötən il sərgidə dünyanın 20 ölkəsindən 80 şirkət iştirak edirdi. Sərgi noyabrın 2-dən 5-nə kimi Heydər Əliyea adına idman-sərgi kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti